Türklərin genetik psixoloji xüsusiyyətlərindən olmalıdır şayəd ki biz sıfır-bir, ağ-qara olaraq yorumlayırıq hər şeyi. Hər kimsəni ya peyğəmbərləşdirmək ya şeytanlaşdırmaq istəyirik! Teyfi baxış yoxdur bizim yorumlarımızda. Nədənsə insanları insan kimi, olduqları kimi, bütün yaxşı və pis xüsusiyyətləri ilə orta bir cizgidə qəbul edə bilmirik. Qəhrəmanlar yaratmağı xoşlayırıq istər mənfi, istər müsbət. Ya qaldırıb ərşə oturtmaq ya da yerlərə yıxıb sürüm-sürüm süründürmək istəyirik. M. C. Bağırov haqqında dartışmalarda ya xain ya xadimdir deyə iki cəbhə yaranır, Əhməd Kəsrəvidə də belə. Kəsrəvinin bir qondarma Azəri nəzəriyyəsinə görə onu yerdən-yerə yıxanlar, ağıl dəngəsinin olmadığını, ingiltərə agenti olduğunu deyənlər var. İran türkləri məqalələrinə dayanaraq onun tövbə etdiyini, “utanc verici əməllərindən” peşmanlıq duyduğunu söyləyənlər və beləcə də onu mələklər səviyyəsinə qaldırmaq istəyənlər var. Orta cizgidə bir Kəsrəvi ilə barışmaq istəmirik sankı. Şiəlik, Azərbaycanın 18 illik tarixi və s. kimi əsərlərindən heç söz getmir.

Biz türklər genetik olaraq ya qara ya ağ çərçivəyə oturduruq hər şeyi, hər kəsi. Orta, boz rəngi yoxdur bizdə. Ya könül qapılarını sonunadək açırıq ya bərk-bərk bağlayırıq.

Atalar sözü ilə desək: “alaqaranlığı sevməyiz, ya gündüz olmalı ya gecə!”

Bu xüsusiyyət modern dünyada bizə yarıyacaqmı, zərərmi verəcək gələcək göstərər.